news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2025

No:472/25, Xarici İşlər Nazirliyinin heyətinin Ulu Öndər Heydər Əliyevin anım günündə Fəxri Xiyabana ziyarətinə dair mətbuat məlumatı

12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin heyəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım günündə Fəxri Xiyabanı ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti