İkitərəfli münasibətlər
Azərbaycan və Braziliya

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:

 

26 dekabr 1991-ci ildə Braziliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 21 oktyabr 1993-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. 22 iyun 2009-cu ildə Braziliya Federativ Respublikasının Azərbaycanda səfirliyi açılmışdır. 10 fevral 2012-ci ildə Elnur Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası  Prezidenti Sərəncam imzalamışdır. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Braziliyada səfirliyi təsis edilmişdir.

 

Yüksək səviyyəli səfərlər və görüşlər:

 

22 oktyabr 1995-ci ildə BMT Baş Assambleyasının 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Braziliyanın Prezidenti Fernando Kardoso arasında işgüzar görüş keçirilmişdir.

 

4 aprel 2006-cı ildə AR Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya səfər etmişdir.

 

2012-ci ilin 16-18 aprel tarixlərində nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasının Brazilia şəhərində keçirilmiş Açıq Hökumət Tərəfdaşlığının (AHT) 1-ci zirvə toplantısında iştirak etmişdir.

 

20-22 iyun 2012-ci ildə Rio de Janeyroda keçirilmiş BMT-nin Davamlı İnkişaf üzrə Konfransında (Rio+20) AR  Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 

 

1 fevral 2013-cü ildə AR xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Forumu çərçivəsində Braziliya xarici işlər naziri Antonio Patriota ilə görüşmüşdür.

 

22-26 aprel 2013-cü il tarixində AR gənclər və idman naziri Azad Rəhimov Braziliyaya səfər etmişdir.

 

24-27 noyabr 2013-cü il tarixdə AR xarici işlər nazirinin müavini Araz Əzimov Braziliya xarici işlər nazirinin müavini səfir Karlos Paranyos ilə Braziliada siyasi məsləhətləşmələr aparmışdır.

 

23- 26 mart 2014-cü il tarixində AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev Braziliyada səfərdə olmuşdur.

 

2-3 oktyabr 2014-cü il tarixində Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Braziliya Xarici işlər nazirinin müavini Hadil da Roşa Viana Azərbaycana səfər etmişdir.

 

5-7 noyabr 2014-cü il tarixində Braziliyanın İdman naziri Aldo Rebelo Azərbaycana rəsmi səfər etmişdir.

 

30 oktyabr 2016-cı il tarixində Braziliyanın Deputatlar Palatasının sədri Rodriqo Maya Azərbaycana rəsmi səfər etmişdir

 

15 noyabr 2017-ci il tarixində Braziliyanın xarici işlər naziri Aloyzo Nunyes Azərbaycana rəsmi səfər etmişdir.

 

2-4 may 2019-cu il tarixində Braziliyanın Deputatlar Palatasının sədri Rodriqo Maya Azərbaycana rəsmi səfər etmişdir.

 

19 avqust 2022-ci il tarixində Rəşad Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş,16 noyabr 2022-ci ildə etimadnaməsini Braziliya Prezidentinə təqdim etmişdir.

 

31 oktyabr 2023-cü il tarixində AR Milli Məclisinin Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Müşfiq Məmmədli Braziliyaya səfər etmişdir.

 

6-8 fevral 2024-cü il tarixində Braziliya Federativ Respublikası Milli Konqresinin senatorları Nelsino Trace və Karlos Viana Azərbaycana səfər etmişlər.

 

12-13 noyabr 2024-cü il tarixində Braziliyanın Vitse-prezidenti Jeraldo Lakmin COP29-da iştirak etmək üçün Azərbaycana işçi səfər etmişdir.

 

1 sentyabr 2025-ci il tarixində AR xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək üçün Braziliyaya səfər etmişdir.

 

1 sentyabr 2025-ci il tarixində AR iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun 1-ci iclasında iştirak etmək üçün Braziliyaya rəsmi səfər etmişdir.

 

12-16 oktyabr 2025-ci il tarixlərində AR Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Pre-COP30 tədbirində iştirak etmək üçün Braziliyada səfərdə olmuşdur.

 

21-22 oktyabr 2025-ci il tarixlərində AR Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyanın Belem şəhərində keçirilmiş “Prokurorluq Xidməti Orqanları Rəhbərlərinin Pre-COP30 Forumu”nda iştirak etmək üçün Braziliyaya səfər etmişdir.

 

6-7 noyabr 2025- il tarixində AR Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti COP30-un Liderlər Sammitində iştirak etmək üçün Braziliyaya səfər etmişdir.

 

4-18 noyabr 2025- il tarixində AR Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti COP30 tədbirlərində iştirak etmək üçün Braziliyaya səfər etmişdir.

 

4-23 noyabr 2025-ci il tarixində AR xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti COP30 tədbirlərində iştirak etmək üçün Braziliyaya səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr:

 

2012-ci ildə AR Milli Məclisində Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.

4 sentyabr 2013-cü il tarixdə Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır.

8 aprel 2014-cü il tarixdə Braziliya Senatında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır.

 

2013-cü ilin 27 may - 2 iyun tarixlərində Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin prezidenti deputat Nelson Pelleqrino və adıçəkilən komitənin üzvləri, Deputatlar Palatasının müvəkkili, Braziliya-Azərbaycan dostluq qrupunun yaradılmasının təşəbbüskarı deputat Klaudio Kajado və deputat Urzeni Roşa Bakıda keçirilən 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər.

 

31 oktyabr-1 noyabr  2013-cü il tarixdə keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun prezidenti Kladio Kajado daxil olmaqla 4 deputatın Azərbaycana səfəri   baş tutmuşdur.

 

16-18 mart 2015-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin üzvləri - Asim Mollazadə, Muxtar Babayev və Aslan Cəfərov Braziliya Federativ Respublikasında rəsmi səfərdə olmuşlar.

 

15-16 sentyabr 2015-ci il tarixində Braziliya Deputatlar Palatasında Xarici Əlaqələr Katibliyinin sədri, deputat Atila Lins 2015-ci ilin 15-16 sentyabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur.

 

12 mart 2025-ci il tarixində Braziliyanın San Paulo ştatının Qanunvericilik Məclisində “Azərbaycan ilə dostluq qrupu”nun yaradılması barədə qərar qəbul edilmişdir.

 

İqtisadi-ticarət məsələlər:

 

14 dekabr 2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və sərmayə əməkdaşlığı üzrə” Anlaşma Memorandumu imzalanmışdır.

 Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

Dövr

İxrac

İdxal

Dövriyyə

2020-ci il

6 594.29

78 381.40

84 975.69

2021-ci il

72 050.30

194 966.05

267 016.35

2022-ci il

19 731.42

189 611.25

209 342.6

2023-cü il

148.39

207 490.52

207,638.91

2024-cü il

13 827.31

178 863.16

192,690.47

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

Humanitar məsələlər:

 

Braziliya Bankının Mədəniyyət Mərkəzində (Centro Cultural Banco do Brasil) paytaxt Brazilia (6-11 avqust 2013), Rio de Janeyro (14-19 avqust 2013) və San Paolo (4-8 sentyabr 2013) şəhərlərində Azərbaycan bədii filmlərinin nümayişi təşkil edilmişdir.    

 

19 noyabr, 2013-cü il tarixdə Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyi münasibətilə paytaxt Braziliada xalq artisti maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə konsert keçirilmişdir.

 

2013-2015-ci illərdə AR Gənclər və idman nazirliyinin dəstəyi ilə səfirlik tərəfindən braziliyalı gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adlı inşa müsabiqəsi keçirilmişdir.

 

11 dekabr 2014-cü ildə Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri Braziliya Mədəniyyət Nazirliyinin İncəsənət Fondunun (FUNARTE)  Rio de Janeyro şəhərində fəaliyyət göstərən teatrında səhnələşdirilmiş.

 

2015-ci ilin 23-26 aprel tarixlərində  Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı və bu şəhərin prefekturasının nəzdində olan “Cidade das Artes” (İncəsənət şəhəri) Fondu ilə birgə Azərbaycan Mədəniyyət Həftəsi keçirilib.

 

2015-ci ilin 6 oktyabr tarixində Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

 

15 mart 2016-cı il tarixində Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycan Respublikasının adını daşıyan yeni inşa edilmiş bələdiyyə məktəbinin rəsmi açılış mərasimi keçirilmişdir. 

 

6-11 aprel 2016-cı il tarixlərində paytaxt Braziliada yerləşən “Braziliya Bankı”nın Mədəniyyət Mərkəzində “Azərbaycan kino həftəsi” keçirilmişdir.

 

25-27 aprel 2016-cı il tarixlərində Braziliya xarici əlaqələr nazirinin müavini Fernando Simas Maqalyaes  BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2019-cu ildə Braziliyanın San Paulo şəhərinin küçələrinin birinə Azərbaycan adı verilmişdir.

14 sentyabr 2024-cü il tarixində AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə BFR-in Belem şəhərində və 19 sentyabr tarixində isə Brazilia şəhərində Azərbaycanın milli nusiqi gününə həsr olunan konsert proqramı təşkil edilmişdir.

 

Hüquq-müqavilə  bazası:

 

Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası arasında 12 sənəd imzalanmışdır



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti