news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2018

Səfir Elxan Poluxov Etimadnamələrini təqdim etmişdir

Cari ilin 8 noyabr tarixində, iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Trinidad və Tobaqo Respublikasının Prezidenti, xanım Paula-Mae Vikesə təqdim etmişdir.

Görüş zamanı, xanım Paula-Mae Vikes səfir Elxan Poluxovu salamlamış və Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnamələrini təqdim etməsi münasibəti ilə təbrik etmişdir.

Öz növbəsində, səfir Elxan Poluxov cənab Prezident İlham Əliyevin salamlarını çatdıraraq Trinidad və Tobaqo Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəcəyini söyləmişdir

Sonra səfir Elxan Poluxov, ölkəmiz haqqında, xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, Azərbaycanın beynəlxalq səviyyədə, qlobal əhəmiyyətli layihələrdə iştirakı, ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirə aparmışdır.  

Səfir Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Prezident Sarayının xatirə kitabını imzalamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti