Səfir Rəşad Novruz media ilə və jurnalistlərin dostu kimi fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb
9 dekabr tarixində federal deputat Augusto Puppio və Braziliyanın Beynəlxalq Əlaqələr və Diplomatiya üzrə Jurnalistlər Assosiasiyasının (ABRAJİNTER) rəhbəri Fabiana Ceyhanın təşkilatçılığı ilə Braziliya Federal Konqresində mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Federal Konqresin nümayəndələri, Braziliyanın paytaxt və regionlarında fəaliyyət göstərən media nümayəndələri, ölkədə akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, xanım səfirlər və səfirlərin xanımlarından ibarət cəmiyyətin (Diplomatic Women’s Club) üzvləri, tələbə və ictimaiyyətin digər dəvət olunmuş nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində Oman, İtaliya, Belçika, Hollandiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Misir, Malta, Ruanda səfirləri ilə yanaşı, səfir Rəşad Novruz və xanımı Fərəh Acalova media ilə iş və jurnalistlərin dostu kimi fəaliyyətlərinə görə Assosiasiya tərəfindən mükafata (sertifikat) layiq görülmüşdürlər.