2024-02-26

Xocalı soyqırımının 32-ci ildönümü

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı 26 fevral tarixində Səfirlikdə anım mərasimi keçirilmişdir. Tədbirdə ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri və yerli ictimaiyyətin digər üzvləri iştirak etmişlər. Anım mərasiminin əvvəlində çıxış edən səfir R.Novruz Xocalı soyqırımının tarixcəsi, fəsadları, erməni vəhşiliyinin xalqımızın həyatında və Ermənistan ilə münasibətlərdə qoyduğu izi, humanitar-psixoloji faciə olaraq qalan itkin düşmüş şəxslərin qeyri-məlum taleyi, işğaldan azad olunmuş torpaqlarımızda aşkar edilən kütləvi məzarlıqlar barədə tədbir iştirakçılarına məlumat vermişdir. Səfir R.Novruz Xocalı soyqırımı qurbanlarının xatirəsinin daima ehtiramla yad edildiyi, bu il isə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə dövlət başçımız tərəfindən məhz Xocalıda Soyqırımı Memorialının təməlinin qoyulması xüsusilə vurğulanmışdır. Daha sonra Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş “13” bədii-sənədli film izlənilmiş və qonaqlar ehsan süfrəsinə dəvət edilmişdir.

Arxiv üzrə axtarış