20 Yanvar faciəsinin 34-cü ildönümü Səfirlikdə anılmışdır
Yanvarın 22-də Səfirliyin təşkilatçılığı ilə keçirilən matəm tədbirində 1990-cı il yanvarın 19-20-də sovet rejimi tərəfindən vəhşiliklə törədilmiş Qara Yanvar faciəsində canlarını qurban vermiş Azərbaycan şəhidləri və qəhrəmanları ehtiramla anılmışdır. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 1990-cı ilin Qara Yanvarı ilə bağlı həqiqətləri üzə çıxarmaq üçün xüsusi sənədli film və fotoqalereya nümayiş etdirilmişdir.
Səfir Rəşad Novruz çıxışında 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini və Azərbaycanın müasir tarixində ikinci olan müstəqilliyinin bərpasında tarixi dönüş olduğunu vurğulayıb. Matəm və faciə günü olan Qara Yanvar həm də açıq-aşkar böyük milli qürur hissini ifadə edir. O, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra bu vəhşiliyin o vaxtkı sovet rejiminin öz vətəndaşlarına qarşı hərbi təcavüzü və cinayəti kimi qiymətləndirildiyini vurğulamışdır. Bildirilib ki, bu il - Qara Yanvar faciəsinin 34-cü ildönümündə milli istiqlal hərəkatının tarixi ərazi bütövlüyümüzün tamamilə bərpa olunduğu, oğul və qızlarımızın canlarını fəda etdiyi dövrə təsadüf edir.
Tədbirdə diplomatik korpus, bir çox ölkələrin səfirləri, federal və regional hökumətlərin yüksək vəzifəli nümayəndələri, Braziliya Federal Senatında Parlamentlərarası Dostluq Qrupunun sədri cənab Nelsinho Trad, o cümlədən jurnalistlər və tələbələr iştirak etmişdir.