2019-10-17

AZƏRBAYCAN MULTİKULTURALİZM MODELİ BRAZİLİYADA TƏDRİS EDİLMİŞDİR

Azərbaycan Dillər Universiteti, ölkəmizin Braziliyadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Braziliya Dövlət Universitetində multikulturalizm mövzusunda silsilə mühazirələr keçirilir. İki həftə davam edəcək mühazirələrdə 30-dan çox dinləyici iştirak edəcək. Kursların açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunmasını təmin etməyin, həmçinin multikulturalizm modellərinin təşviqinin vacibliyini bildirib, Azərbaycan rəhbərliyinin bu məsələlərə xüsusi diqqət yetirdiyini vurğulayıb. Professor Leyla Bijosun və Azərbaycan Dillər Universitetinin professoru xanım İrina Kuninanın iştirakı ilə keçirilən 30 saatlıq kurslarda yerli tələbələrə Azərbaycanda multikulturalizmin və tolerantlığın kökləri, ölkəmizin bu sahədəki təcrübəsi dərindən öyrədiləcək və Braziliya modeli ilə müqayisələr aparılacaq. Kurslar zamanı ölkəmiz haqqında materialların tədbir iştirakçılarına paylanması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan multikulturalizminə həsr olunan bu mühazirələr Latin Amerikası qitəsində ilk belə təcrübədir. Bu təcrübənin regionun daha bir neçə ölkəsində tətbiqi nəzərdə tutulur.

Arxiv üzrə axtarış