2019-05-30

Səfir Elxan Poluxov Ekvadorun Milli Assambleyasının Suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti cənab Fernando Flores Vasquez ilə görüş keçirmişdir.

Cari ilin 30 may tarixində, igamətgahı Braziliya şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respubliksındakı səfiri Elxan Poluxov, ölkənin paytaxtı Kito şəhərinə işğüzar  səfəri   çərçivəsində Ekvadorun Milli Assambleyasının Suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti cənab Fernando Flores Vasquez (Fernando Flores Vasques) ilə görüş keçirmişdir.

Səfiri salamlayan cənab Vasquez ölkələrimiz arasında sıx və dost əlaqələrin olduğunu və qarşılıqlı maraq duğuran bir sıra məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsində biri-birimizə dəstək verdiyimizi qeyd etmişdir.

Öz növbəsində Elxan Poluxov, ölkələr arasında sıx əlaqələrin olduğunu təsdiqliyərək, bunun üçün  parlamentlər arası diplomatiyanın xüsusi rol oynadığını vurğulamışdır. Milli Məclisin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verən səfir, ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da sıxlaşdırılması və bunun üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini söyləmişdir. Səfir qeyd etmişdir ki, Ekvador ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq  üçün potensial mövcuddur və bunun üçün müvafiq dövlət və biznes qurumlar arasında kontaktların yaradılması labüddür. Sonra səfir regionumuzda baş verən siyası və iqtisadi proseslər barəsində danışaraq, Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermiş və Ekvador tərəfini ölkəmizin ədalətli mövqeyni dəstəkləməyə çağırmışdır.

Öz növbəsindən millət vəkili Vasquez Ekvador Konstitusiyasında müstəqil ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma və bütün münaqişələrin sülh yolu ilə həll edilməsi prinsiplərinin öz əksini tapdığını bildirərək, Emənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq qanunvericilik və prinsiplərinə əsasən, sülh və danışıq yolu ilə həll edilməsini arzulamışdır. Həmsöhbət həmçinin ölkəmizə səfər təklifini məmnunluqla qəbul etdiyini və mümkün qısa zamanda bunu həyata keçirilməsinə çalışacağını vəd etmişdir.  

Sonda tərəflər dünyada və regionda baş verən müxtəlif proseslər ətrafında fikir mübadiləsi aparmışlar. 

 

Arxiv üzrə axtarış