2019-04-23

BRAZİLİYA KONQRESİNDƏ FOTO SƏRGİ KEÇİRİLMİŞDİR.

Braziliya Milli Konqresində  Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan - Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun dəstəyi ilə, görkəmli Azərbaycan şairi İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş "Azərbaycanın mədəniyyəti, ənənələri, qədim zinət əşyaları və peyzajı" adlı foto sərgi keçirilmişdir.

Foto sərginin açılışı zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının mədəniyyəti, adət ənənələri, eləcədə Azərbaycan və Braziliya arasında formalaşmış ikitərəfli və çox tərəfli münasibətlərin inkişafı haqqında, tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə, həmçinin, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan - Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajado çıxış edərək, Azərbaycanla Braziliya arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişdir.

Tədbirdə, Braziliya Parlamentinin deputatları, senatorları, Braziliya Xarici Əlaqələr Nazirliyinin əməkdaşları, eləcədə Braziliya akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və yerli ictimaiyyətin nümayədələri iştirak etmişlər. Foto sərginin açılış mərasimi yerli mətbuat tərəfindən işıqlandırılmış

Foto şəkillər Braziliya Milli Konqresində aprel ayının 23-dən, may ayının 3-nə kimi sərgilənmişdir.

 

Arxiv üzrə axtarış