2018-11-10

Səfirlik xeyriyyə tədbirində iştirak etmişdir

Cari ilin 10 noyabr tarixində, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi, paytaxt Brazilia şəhərində xeyriyyə məqsədi ilə illik keçirilən diplomatik yarmarkada iştirak etmişdir.

Yarmarkada, səfirliyin güşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyəti, adət ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin ölkəmizə aid müxtəlif təbliğat materiallar sərgilənmiş və paylanılmışdır. Tədbir çərçivəsində qonaqlar, həmçinin milli mətbəximizin nümunələri ilə tanış olmaq imkanı qazanmışlar.

Səfirliyin güşəsi geniş ictimaiyyətin marağına səbəb olmuş və yarmarka haqqında məlumat yerli mediyada geniş işıqlandırılmışdır.

Qeyd olunmalıdır ki, ənənəvi keçirilən bu yarmarka Braziliyada böyük məhşurluq qazanmış və gün ərzində bu tədbiri minlərlə insan ziyarət etmişdir. 

Arxiv üzrə axtarış