Azərbaycanın adını daşıyan məktəbdə müsabiqə keçirilib
Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş rəsm müsabiqəsinin iştirakçıları və qalibləri olan şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin qalibi olan, Heydər Əliyev Mərkəzinin rəsmini çəkən Allan Rodriges Roki və müsabiqədə iştirak etmiş digər şagirdlərə səfir Elxan Poluxov tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Bundan əlavə, məktəbin bütün şagird və müəllim heyətinə Azərbaycanın və Braziliyanın dövlət bayraqlarının əks olunduğu döş nişanı təqdim edilib.
Tədbirdə məktəbin direktoruna və müəllimlər heyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında iplomatic münasibətlərin qurulmasının iyirmi beş illiyinə həsr edilmiş rəsm müsabiqəsinin təşkil olunmasına görə təşəkkürnamə təqdim edilib.
Tədbirin sonunda Azərbaycanın dövlət bayrağının rənglərində olan yüz şar havaya buraxılıb.