2017-10-31

Şagirdlər arasında inşa müsabiqəsi

Cari ilin 30 oktyabr tarixində, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Səfir Günay Əfəndiyeva və Səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət edərək, həmin məktəbdə, məktəblilər arasında “18 oktyabr - Müstəqillik günü” münasibəti ilə keçirilmiş inşa müsabiqəsinin qaliblərini təltif etmişlər.

Müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edilmiş, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə edilmişdir.

Sonra, şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub müxtəlif şən səhnəciklər ifa etmişlər.

Arxiv üzrə axtarış