Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində “ASAN Viza” sistemi yaradılacaqdır

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2677 saylı, 20 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran islam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanı yaradılacaqdır. Sözügedən Sərəncamın tətbiqi barədə əlavə məlumat yerləşdiriləcəkdir.

Arxiv üzrə axtarış