Azərbaycan və Braziliya

 

26 dekabr 1991-ci ildə Braziliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 21 oktyabr 1993-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. 22 iyun 2009-cu ildə Braziliya Federativ Respublikasının Azərbaycanda səfirliyi açılmışdır. 10 fevral 2012-ci ildə Elnur Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Braziliyada səfirliyi təsis edilmişdir. 2013-cü ilin yanvar ayının 23-də səfir E.Sultanov etimadnaməsini Braziliya Prezidenti xanım Dilma Russefə təqdim etmişdir. 2017-ci ilin iyun ayının 26-da səfir Elxan Poluxov etimadnamələrini Braziliya Prezidenti Mişel Temerə təqdim etmişdir.

Yüksək səviyyəli səfərlər və görüşlər:

22 oktyabr 1995-ci ildə BMT Baş Assambleyasının 50-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Braziliyanın Prezidenti Fernando Kardoso arasında işgüzar görüş keçirilmişdir.

4 aprel 2006-cı ildə AR Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya səfər etmişdir.

2012-ci ilin 16-18 aprel tarixlərində nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasının Brazilia şəhərində keçirilmiş Açıq Hökumət Tərəfdaşlığının (AHT) 1-ci zirvə toplantısında iştirak etmişdir.

20-22 iyun 2012-ci ildə Rio de Janeyroda keçirilmiş BMT-nin Davamlı İnkişaf üzrə Konfransında (Rio+20) AR  Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 

1 fevral 2013-cü ildə AR xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Forumu çərçivəsində Braziliya xarici işlər naziri Antonio Patriota ilə görüşmüşdür.

22-26 aprel 2013-cü il tarixində AR gənclər və idman naziri Azad Rəhimov Braziliyaya səfər etmişdir.

24-27 noyabr 2013-cü il tarixdə AR xarici işlər nazirinin müavini Araz Əzimov Braziliya xarici işlər nazirinin müavini səfir Karlos Paranyos ilə Braziliada siyasi məsləhətləşmələr aparmışdır.

23- 26 mart 2014-cü il tarixində AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev Braziliyada səfərdə olmuşdur.

2-3 oktyabr 2014-cü il tarixində Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Braziliya Xarici işlər nazirinin müavini Hadil da Roşa Viana Azərbaycana səfər etmişdir.

5-7 noyabr 2014-cü il tarixində Braziliyanın İdman naziri Aldo Rebelo Azərbaycana rəsmi səfər etmişdir.

25-28 aprel 2016-cı il tarixlərində Braziliya Xarici əlaqələr nazirinin müavini Fernando Maqalyaeş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı çərçivəsində Azərbaycana səfər etmiş və səfər zamanı AR Xarici işlər nazirinin müavinləri Araz Əzimov və Xələf Xələfovla görüşlər keçirmişdir.

15 noyabr 2017-ci il tarixində Braziliya Federativ Respublikasının Xarici Əlaqələr naziri Aloysio Nunes Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

3-4 may 2019-cu il tarixlərində Braziliya Milli Konqresinin Deputatlar palatasının Prezidenti Rodrigo Maia Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Parlamentlərarası əlaqələr:

4 sentyabr 2013-cü il tarixində Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır. Dostluq qrupunun prezidenti deputat Klaudio Kajadodur.

8 aprel 2014-cü il tarixində Braziliya Senatında  Braziliya-Azərbaycan Dostluq Qrupu rəsmən yaradılmışdır. Dostluq qrupunun prezidenti senator Kristovam Buarkedir.

2013-cü ilin 27 may - 2 iyun tarixlərində Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin prezidenti deputat Nelson Pelleqrino və adıçəkilən komitənin üzvləri, Deputatlar Palatasının müvəkkili, Braziliya-Azərbaycan dostluq qrupunun yaradılmasının təşəbbüskarı deputat Klaudio Kajado və deputat Urzeni Roşa Bakıda keçirilən 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər.

31 oktyabr-1 noyabr  2013-cü il tarixdə keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun prezidenti Kladio Kajado daxil olmaqla 4 deputatın Azərbaycana səfəri   baş tutmuşdur.

16-18 mart 2015-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin üzvləri - Asim Mollazadə, Muxtar Babayev və Aslan Cəfərov Braziliya Federativ Respublikasında rəsmi səfərdə olmuşlar.

Braziliya Deputatlar Palatasında Xarici Əlaqələr Katibliyinin sədri, deputat Atila Lins 2015-ci ilin 15-16 sentyabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur.

6-8 mart 2016-cı il tarixlərində Braziliya Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun prezidenti senator Kristovam Buarke Azərbaycana səfər etmişdir.

5 mart 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Braziliya İşçi qrupu təsis edilmişdir. İşçi qrupunun rəhbəri deputat Asim Mollazadədir.

3-4 may 2019-cu il tarixlərində Braziliya Milli Konqresinin Deputatlar palatasının Prezidenti Rodrigo Maia Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 İqtisadi-ticarət məsələlər

20-22 iyun 2012-ci ildə Rio de Janeyroda keçirilmiş BMT-nin Davamlı İnkişaf üzrə Konfransı (Rio+20) çərçivəsində Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Braziliya Federativ Respublikasının inkişaf, sənaye və xarici ticarət nazirinin müavini Rikardo Şafer ilə görüşmüşdür.

20-22 may, 2013-cü il tarixdə Braziliya xarici işlər nazirinin müavini Hadil da Roşa Viannanın rəhbərlik etdiyi ticarət missiyası Azərbaycana səfər etmişdir.

Humanitar məsələlər:

Braziliya Bankının Mədəniyyət Mərkəzində (Centro Cultural Banco do Brasil) paytaxt Brazilia (6-11 avqust 2013), Rio de Janeyro (14-19 avqust 2013) və San Paolo (4-8 sentyabr 2013) şəhərlərində Azərbaycan bədii filmlərinin nümayişi təşkil edilmişdir.    

19 noyabr, 2013-cü il tarixdə Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyi münasibətilə paytaxt Braziliada xalq artisti maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə konsert keçirilmişdir.

2013-2015-ci illərdə AR Gənclər və idman nazirliyinin dəstəyi ilə səfirlik tərəfindən braziliyalı gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adlı inşa müsabiqəsi keçirilmişdir.

11 dekabr 2014-cü ildə Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri Braziliya Mədəniyyət Nazirliyinin İncəsənət Fondunun (FUNARTE)  Rio de Janeyro şəhərində fəaliyyət göstərən teatrında səhnələşdirilmiş.

2015-ci ilin 23-26 aprel tarixlərində  Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı və bu şəhərin prefekturasının nəzdində olan “Cidade das Artes” (İncəsənət şəhəri) Fondu ilə birgə Azərbaycan Mədəniyyət Həftəsi keçirilib.

2015-ci ilin 6 oktyabr tarixində Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

17 noyabr-2 dekabr 2015-ci il tarixlərində Braziliyanın Porto Aleqre şəhərindəki “Santander Kultural” mədəniyyət mərkəzində  Azərbaycan bədii filmlərinin ilk nümayişi baş tutmuşdur.

9-13 mart və 6-11 aprel 2016-cı il tarixlərində San Paulo və Brazilia şəhərlərinin Braziliya Bankının Mədəniyyət Mərkəzlərində (CCBB) Azərbaycan kino həftəsi keçirilmişdir.

15 mart 2016-cı il tarixində Rio de Janeyro şəhərində Azərbaycan Respublikasının adını daşıyan bələdiyyə məktəbi açılmışdır.

Hüquq-müqavilə  bazası:

Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası arasında 4 sənəd imzalanmışdır

2016-cı ilin 15 dekabr tarixində Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Trinidad və Tobaqo Respublikasında, Surinam Respublikasında və Qayana Kooperativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılmışdır.

 

Arxiv üzrə axtarış