news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 oktyabr 2017

Qayana Parlamentində görüş

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının spikeri Barton Şotlandla görüşüb.

Görüşdə parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti