news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2017

Cari ilin 26 iyun tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim etmişdir.

Etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə etmişlər.

 

Mərasimin sonunda Səfir Elxan Poluxovla Braziliya Prezidenti Mişel Temer xatirə şəkili çəkdirmişlər. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti