2019-08-25
SURİNAM RESPUBLIKASINDA YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının, iqamətgahı Brazilia şəhərində olmaqla Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov paytaxt Paramariboda Xarici İşlər naziri Yldiz Pollak-Beighle, Təhsil naziri Lillian Ferrier və Parlamentin spikeri Cenifer Qeerlinqs-Simons ilə görüşüb. Görüşlərdə səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunu təqdim edib. Görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq müzakirə edilib, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında ətraflı məlumat verilib. Səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətlərini məlumatlandırıb. Parlamentin spikeri ilə görüşdə parlament diplomatiyası, parlamentlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilib. Tərəflər əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi üçün daha intensiv iş aparılmasında qarşılıqlı razılığa gəliblər.

növbəti xəbər əvvəlki xəbər