2018-11-09
Səfir Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Parlamanetinin Senatorlar Palatasının Prezidenti ilə görüşüb

Cari ilin 9 noyabr tarixində, iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Parlamanetinin Senatorlar Palatasının Prezidenti, xanım senator Christine Kangaloo ilə görüş keçirmişdir.

Görüş zamanı, səfir Elxan Poluxov müasir dövrdə Parlement diplomatiyasının əhəmiyyətindən danışaraq, Azərbaycan haqqında, xüsusi ilə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialına dair ətraflı məlumat vermişdir.

Xanım Christine Kangaloo səfir Elxan Poluxovu etimadnamələri təqdim etmək münasibəti ilə təbrik etmiş, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır. Tərəflər gələcəkdə hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsinə dair aparılan işlərin intensivləşdirilməsinin vəcibliyini vurğuluyaraq, bu isitiqamətdə səylərin artırılması barədə razılaşmışlar.

Səfir Elxan Poluxov Trinidad və Tobaqo Respublikası Parlamentinin Senatında xatirə kitabını imzalamış və tərəflər qarşılıqlı olaraq hədiyyə təqdim etmişlər.

növbəti xəbər əvvəlki xəbər