2017-08-24
Surinam Prezidenti ilə görüş

Azərbaycanın Braziliyada və eyni zamanda Surinamdakı səfiri Elxan Poluxov, 24 avqust tarixində etimadnaməsini bu ölkənin Prezidenti Desire Delano Bouterseyə təqdim edib.

Görüşdə, Prezident Desire Delano Bouterse Azərbaycan rəhbərliyinə və xalqına səmimi salamlarını çatdıraraq, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfirə işində uğurlar arzulayıb.

E.Poluxov Prezident İlham Əliyevin salamlarını Surinam dövlətinin başçısına çatdıraraq, Surinam Respublikasında səfir olmasından məmnunluğunu bildirib, tutduğu vəzifədə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Sonra səfir Elxan Poluxov Surinam Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verib, ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

növbəti xəbər əvvəlki xəbər