2017-08-24
Azərbaycan Respublikasının Braziliyada və eyni zamanda Surinamdakı səfiri Elxan Poluxov Surinam Milli Assambleyasının spikeri Cennifer Qirlings-Simons ilə görüşüb.

Görüşdə, parlamentlərarası əlaqələr, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Tərəflər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu bildirib və bu sahədə qanunverici orqanların xüsusi rolunu qeyd ediblər.

növbəti xəbər əvvəlki xəbər