2017-05-24
Cari ilin 24 may tarixində Braziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirə,  Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları qatılmışlar.

Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, Səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat vermiş və qeyd etmişdir ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrilmişdir.

Həmçinin, Səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırmışdır.

Yekunda, Səfir Azərbaycan-Braziliya dövlətərarası əlaqələrinin dinamikası və inkişafı barədə danışmışdır.

Sonra, Braziliya Milli Koqresinin Deputatlar palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri cənab Klaudio Kajado çıxış etmişdir. Çıxışı zamanı qonaq bildirmişdir ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir.

Daha sonra qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunmuşdurlar.

Tədbir zamanı Azərbaycan haqqında foto sərgi də təşkil edilmiş və tədbir yerli KİV-lər tərəfindən işıqlandırılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər