2017-05-29
Cari ilin 25 may tarixində Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatını radiosu olan “Radio Senado”-da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə vermişdir.

Müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışmışdır.

Məlumat üçün bildirək ki, “Radio Senado”-nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir. 

Veriliş haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: http://www12.senado.leg.br/radio/1/conexao-senado/parlamentos-do-mundo-azerbaijao

növbəti xəbər əvvəlki xəbər
 

 
bakushop