Viza

1. Azərbaycana səyahət etmək məqsədi ilə viza almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər http://eapplication.mfa.gov.az/visa/#/ linkinə daxil olaraq elektron ərizə-anket fomasını ingilis dilində doldurur. Electron ərizə-anket göndərildikdən sonra müraciət edən şəxs e-mail vasitəsi ilə şəxsi məlumatları əks olunmuş ərizə-anket formasını alır.

2. Aşağıdakı sənədlər scan edilərək e-mail vasitəsi ilə brasilia_consul@mfa.gov.az elektron ünvanına göndərilir:

  • Biometrik identifikasiya tələblərinə uyğun, ağ fonda, 3x4 ölçüsündə 1 (bir) ədəd fotoşəkil;
  • Pasportun əsas səhifəsi;
  • Elektron ərizə-anket forması;
  • Səfər tarixləri qeyd olunmaqla dəvət məktubu və/və ya digər müvafiq sənədlər;

Sənədlər e-mail vasitəsi ilə qəbul olunduqdan sonra səfirlik viza rüsumunun ödənilməsi üçün müvafiq bank hesabının nömrəsini göndərəcəkdir.

3. Braziliya vətəndaşları üçün giriş vizasının rüsumu:

Birdəfəli giriş vizası: 20 ABŞ dolları;

Çoxdəfəli giriş vizası: 350 ABŞ dolları.

Digər ölkələrin vətəndaşları üçün viza rüsumu ilə bağlı brasilia_consul@mfa.gov.az elektron ünvanına müraciət edilməsi və ya Səfirlik ilə əlaqə saxlanılması xahiş olunur.

Viza rüsumu Braziliya realı ilə həyata keçirilir.

4. Səfirliyə aşağıdakı sənədlər təqdim olunur:

  • Biometrik identifikasiya tələblərinə uyğun, ağ fonda, 3x4 ölçüsündə 2 (iki) ədəd fotoşəkil;
  • Çap edilmiş elektron ərizə-anket forması;
  • Səfər tarixləri qeyd olunmaqla dəvət məktubu və/və ya digər müvafiq sənədlər;
  • Viza rüsumunun ödənildiyinə dair sənəd (qəbz).
  • Minimum 6 ay etibarlıq müddəti və 3 boş səhifəsi olan pasport;

Sənədlərin stepler ilə tikilməməsi xahiş olunur.

Sənədlərin təqdim edilməsi və geri götürülməsi üçün günlər və saatlar:

Sənədlərin Səfirliyə təqdim edilməsi üçün günlər və saatlar:

Bazar ertəsi və Çərşənbə, 10:00-12:00 və 15:00-17:00.

Pasportun geri verilməsi üçün üçün günlər və saatlar:

Çərşənbə axşamı və Cümə axşamı, 10:00-12:00 və 15:00-17:00.

5. Tranzit vizaları

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hava limanının tranzit zonasını tərk etmədiyi təqdirdə tranzit viza tələb olunmur.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hava limanının tranzit zonasını tərk etdiyi təqdirdə isə tranzit viza tələb olunur. Tranzit vizalar üçün rüsumlar aşağıdakı kimidir:

Birdəfəli tranzit vizası üçün: 20 ABŞ dolları

İkidəfəli tranzit vizası üçün: 40 ABŞ dolları

Diplomatik, xidməti və ya rəsmi pasportlara malik Braziliya vətəndaşlarından Azərbaycana səfər etmək üçün viza tələb olunmur və onlar 90 gün ərzində Azərbaycan ərazisində vizasız qala bilər.

Viza proseduru ilə bağlı hər hansı sual yaranarsa brasilia_consul@mfa.gov.az elektron ünvanına müraciət edilməsi və ya Səfirlik ilə əlaqə saxlanılması xahiş olunur.

 

 
bakushop