Azərbaycan və Trinidad və Tobaqo
Azərbaycan və Trinidad və Tobaqo arasında diplomatik münasibətlər 11 aprel 2011-ci ildə qurulmuşdur.17 sentyabr 2015-ci il tarixində səfir Elnur Sultanov etimadnaməsini Trinidad və Tobaqo Respublikasının Prezidenti E. Karmonaya təqdim etmişdir.
 
2016-cı ilin 15 dekabr tarixində Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Trinidad və Tobaqo Respublikasında, Surinam Respublikasında və Qayana Kooperativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılmışdır.