Azərbaycan və Ekvador
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulmuşdur. 19 oktyabr 2011-ci ildə Ekvador xarici işlər naziri Rikardo Patinyo Azərbaycana səfər etmiş və "Azərbaycan Xarici İşlər Nazirliyi və Ekvador Xarici işlər, Ticarət və İnteqrasiya nazirliyi arasında Protokol" imzalanmışdır. 2014-cü ilin oktyabrın 23-də səfir E.Sultanov etimadnaməsini Ekvador Respublikasının prezidenti vəzifəsini icra edən Jorje Glasa təqdim etmişdir. 28 mart - 1 aprel 2016-cı il tarixlərində səfir Elnur Sultanov Ekvadora işgüzar səfər etmişdir. Kito və Kuenka şəhərlərində Azərbaycan kino festivalı baş tutmuşdur.

2016-cı ilin 15 dekabr tarixində Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Trinidad və Tobaqo Respublikasında, Surinam Respublikasında və Qayana Kooperativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılmışdır.
 

 
bakushop