Azərbaycan və Surinam

Azərbaycan və Surinam arasında diplomatik münasibətlər 11 fevral 2000-ci ildə qurulmuşdur. 2017-ci ilin 24 avqust tarixində səfir Elxan Poluxov etimadnaməsini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseyə təqdim etmişdir.

Surinam Respublikasının Maliyyə naziri Gillmore Hoefdraad 15 sentyabr 2017-ci il tarixində Azərbaycana işgüzar səfər etmişdir. Səfər zamanı nazir, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovla görüşlər keçirmişdir.